Mövlanə Cəlaləddin Rumidən hikmətli sözlər və kəlamlar | Mövlana sözləri

Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...

Mövlana Cəlaləddin Rumi

 

    • Sevgi ağrısı daşımayan ürək ya dəliyə aiddir, ya da ölüyə.
    • Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
    • Dərd daima insana yol göstərər.
    • Ürək dəniz, dilsə sahildir. Dənizdə nə varsa, sahilə vurur.
    • Yaxşını axtar, gözəli axtar, doğrunu axtar. Amma qüsuru axtarma.
    • Çətindir deyirsən, çətin olacaq ki, imtahan olsun.

      Mövlanə Cəlaləddin Rumidən hikmətli sözlər və kəlamlar |  Mövlana sözləri movlana sozleri


Yaxşı niyyətli insanların gözləri qüsurları görə bilmə bacarığından yoxsuldur.

Mövlana Cəlaləddin Rumi

    • Kasıbam deyə nə üzülürsən! Ağlın başında və dəstəksiz ayaq üstə dura bilirsənsə, ən zəngin qul sənsən. Bilmirsənmi?
    • Qüsur tapmaq üçün baxma birinə; tapmaq üçün baxsan taparsan. Qüsur örtməyi öyrən; bax o zaman qüsursuz olarsan.
    • Uğrunda fədakarlıq etmədiyin sevgini boşuna ürəyində daşıyıb da yük etmə.
    • Unutma, bir sirr kimi sevirsənsə, muradına çatarsan, çünki toxum torpaqda gizlənəndə cücərir.
    • Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar.
    • Çıxacağım yerə səbri nərdivan edirəm.
    • Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
    • ‎Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
    • Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım.  
    • Sevənlə seviləni ayrı varlıqlar sanırdım.Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
    • Sən çiçək olub ətrafa gözəllik bəxş etsən, torpaq olub səni başının üstündə saxlayan tapılar.
    • Quru duanı burax, ağac istəyən toxum əkər.
    • Gül bağçasından gələn gözəl ətri hiss etmirsənsə, qüsuru bağçada deyil, könlündə və burnunda axtar.
    • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
    • Cahil birinin yanında kitab kimi səssiz ol.
    • Süddən çıxanda bütün qaşıqlar ağdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ağ buraxmaqdır.
    • Elm sahilsiz bir dəryadır, alim isə sahilsiz dəryaya almış bir dəryadır.
    • Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
    • Can evini axtarmaqdasansa, cansan; bir tikə çörək istəyirsən, çörəksən; bu hikməti bilirsən, işi bilirsən deməkdir. Nəyi axtarırsansa, osan sən
    • Ey insan! Öləcəyin günü bilmirsən; heç olmazsa ölümlü olduğunu bil!
    • «Eşqlər xərabat olar,
      Haqq qatında qəbul olar,
      Söhbət baldan dadlı olar,
      Doya bilməzsən demədimmi?!»
    • Minarədən düşənin parçaları tapılar, könüldən düşənin isə parçası da tapılmaz.
    • Önəmli olan səni tamamlayacaq ruhu tapmaqdır. Hər peyğəmbərin verdiyi öyüd eynidir: «Sənə ayna olacaq insanı tap».
    • Sən nə qədər bilirsən-bil, sənin bildiyin qarşındakının anladığı qədərdir.
    • Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu.

Mövlana Cəlaləddin Rumi

 

0 şərh